Tovuzda 2 yaşlı uşaq qaynar qazanda yandı

Day.Az представляет новость на азербайджанском языке

Tovuz rayonunda azyaşlı uşaq qaynar suda yanıb.

Day.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Hunanlar kəndində baş verib. Kənd sakini, 2016-cı il təvəllüdlü Quluzadə Nuray Elman qızı evlərində qaynar su ilə dolu qazana düşüb. Uşaq yanıq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda uşağın vəziyyəti ağır qiymətləndirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.