Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edildi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.

Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova icra edir.

Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.