İcra hakimiyyətinin işçisi döyüldü

Day.Az представляет новость на азербайджанском языке

Vətəndaş evinə gələn icra nümayəndəsini döyüb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Binəqədi rayonunda baş verib.

Binəqədi Rayon İcra Hakimiyyətinin Biləcəri qəsəbəsi üzrə nümayəndəsinin müavini, Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Kazımov döyülüb.

O, 6-cı Polis Bölməsinə şikayət edərək bildirib ki, M.Aslanov küçəsi, döngə 6-nın qarşısında orada yaşayan 1987-ci il təvəllüdlü Asiman Ağayev xuliqanlıq zəminində onu döyüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.