Əməkdar artist: "Həyat yoldaşım əsl azərbaycanlıdır"

Day.Az представляет новость на азербайджанском языке.

Əməkdar artist, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva "Gündəlik" verilişində qonaq olub.
 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan sənətçi əcnəbi həyat yoldaşından danışıb.

"Çox insan elə bilir ki, İngiltərədə yaşayıram. Xeyr, mən Azərbaycandayam və heç yerə getmək fikrim yoxdur. Vətənimdən kənarda yaşaya bilmərəm. Həyat yoldaşım Filip artıq 16 ildir burada yaşayır. O, da əsl azərbaycanlı olub. Dilimizdə tam danışa bilməsə də, bir az bilir.

Ən azı, mənim qədər Azərbaycanı sevir. Üç övladım var. Azərbaycan dilində heç birinin problemi yoxdur. Böyük qızım əsas Azərbaycan ədəbiyyatı ilə maraqlanır. Bunları görüb çox sevinirəm".