Aparıcı Lalə Əlimuxtarova: "Kişilərin 70 faizindən yaxşı sürücüyəm" Day.Az представляет новость на азербайджанском языке

Aparıcı Lalə Əlimuxtarova yeni avtomobil alıb.

Maşını ilə axşam.az fotokamerası qarşısına keçən aparıcı sürücülük qabiliyyətindən bəhs edib: "Kişilərin 70 faizindən yaxşı sürücüyəm. Bunu məni tanıyanlar da təsdiqləyərlər. 2008-ci ildən maşın idarə edirəm. Qaydaları çox pozuram... Amma yüngül olur, vəsiqəmə bal düşmür. Kəmər taxmıram, ürəyim sıxılır. Şəhərin içində onsuz da sürət 50-dən yuxarı olmur. Rayonlara gedəndə məcbur taxıram. Ən çox 50 manat cərimə ödəmişəm. Bir dəfə qəza törətmişəm. Dəhşət ağır idi, amma avtomobildə olan heç kim xəsarət almadı. Oradan hamının sağ çıxması möcüzə idi. Bu yaxınlarda yeni maşın almışam: "Jeep Wrangler". Həmişə ikiqapılı avtomobil arzulamışam, nəhayət qismət oldu".

L.Əlimuxtarova avtomobillərini öz qazancı ilə aldığını bildirib: "8 ildə 6 dəfə avtomobil dəyişmişəm. Ailə qurmazdan əvvəl də maşınım var idi. İlk avtomobilimi pul yığıb, 9 min dollara almışdım. Ondan sonra aldıqlarım kreditlədir".