Bakıda heroin satan qadın tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, saxlanılan hər iki şəxs əvvəllər məhkumluq həyatı yaşayıb.

Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat -axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Rəhman Allahquliyev saxlanılıb. Onun üzərindən 0,468 qram heroin aşkar olunaraq götürülüb.

R.Allahquliyev ona heroini kimin satdığını açıqlayıb. Keçirilən daha bir əməliyyatla R.Allahquliyevə heroini satan Bakı şəhər sakini, əvəllər məhkum olunmuş, 1973-cü il təvəllülü Sevda Qasımova da saxlanaılıb. S.Qasımovadan 0,388 qram heroin götürülüb.

Araşdırmalar davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.