DİN Naxçıvandakı ölüm hadisəsi ilə bağlı məlumat yaydı

Day.Az представляет новость на азербайджанском языке.
Naxçıvanda dəhşətli hadisə baş verib.
Qafqazinfo Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 6-da, saat 20 radələrində Şərur rayonunun Yuxarı Daşarx kəndində rayon sakini Mahir Vəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib.
Xəstəxanaya yerləşdirilmiş E.Cəlalov martın 7-də orada ölüb.
E.Cəlalovun hansı səbəbdən yolun ortasında uzanması məlum deyil. O, 4 uşaq atası olub.
Araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре