Elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir - CƏDVƏL

23 марта 2016 11:20 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Bəzi texniki səbəblərə görə mart ayının 28-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, saat 14:30-da Bakıdan, saat 15:50-də Sumqayıtdan yola düşən qatarların vaxtı bəzi texniki səbəblərə görə dəyişdiriləcək. Həmin qatar saat 16:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16:40-da Sumqayıt sərnişin stansiyasına çatacaq, saat 17:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək və saat 17:40-a Bakı sərnişin stansiyasına çatacaq.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:00, 08:50, 16:00, 17:25, 18:20, 18:40, 19:15 və 19:50-də, Sumqayıt sərnişin stansiyasından 06:50, 07:25, 07.45, 08:00, 08:50, 09:40, 17:00, 18:20, 19:30, 20:05, 20:40 və 21:00-da yola düşəcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək. 

BAKI-SUMQAYIT ELEKTRİK QATARLARININ HƏRƏKƏT CƏDVƏLİ

28 mart 2016-cı ildən

Qatar №-si Bakıdan getmə vaxtı İstiqamət Sumqayıt-sərn. çatma vaxtı   Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İstiqamət Bakıya çatma vaxtı
6001 5-00 Bakı- Sumqayıt-sərn. 5-40   6002 6-50 Sumqayıt-sərn. - Bakı 7-30
6003 5-20 Bakı- Sumqayıt-sərn. 6-00   6004 7-25 Sumqayıt-sərn. - Bakı 8-05
6005 5-35 Bakı- Sumqayıt-sərn. 6-15   6006 7-45 Sumqayıt-sərn. - Bakı 8-25
6007 5-50 Bakı- Sumqayıt-sərn. 6-30   6008 8-00 Sumqayıt-sərn. - Bakı 8-40
6009 8-00 Bakı- Sumqayıt-sərn. 8-40   6010 8-50 Sumqayıt-sərn. - Bakı 9-30
6011 8-50 Bakı- Sumqayıt-sərn. 9-30   6012 9-40 Sumqayıt-sərn. - Bakı 10-20
6013 16-00 Bakı- Sumqayıt-sərn. 16-40   6014 17-00 Sumqayıt-sərn. - Bakı 17-40
6015 17-25 Bakı- Sumqayıt-sərn. 18-05   6016 18-20 Sumqayıt-sərn. - Bakı 19-00
6017 18-20 Bakı- Sumqayıt-sərn. 19-00   6018 19-30 Sumqayıt-sərn. - Bakı 20-10
6019 18-40 Bakı- Sumqayıt-sərn. 19-20   6020 20-05 Sumqayıt-sərn. - Bakı 20-45
6021 19-15 Bakı- Sumqayıt-sərn. 19-55   6022 20-40 Sumqayıt-sərn. - Bakı 21-20
6023 19-50 Bakı- Sumqayıt-sərn. 20-30   6024 21-00 Sumqayıt-sərn. - Bakı 21-40
                 

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6001/6002, 6003/6004, 6005/6006, 6017/6018 və 6021/6022 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.