Ehtiyacınız varsa, pulsuz götürün

25 марта 2016 15:41 комментариев

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıtda da "Ehtiyacın varsa götür, ehtiyacın yoxdursa as" adlı xeyriyyə kampaniyasına start verilib.

Milli.Az xeberle.com-a istinadən məlumat verir ki, sosial layihə aztəminatlı vətəndaşların yalnız geyim ehtiyaclarını deyil, məişətdə istifadə olunan əşyalarla təmin etmək məqsədi daşıyır. Layihəyə dəstək olmaq və geyim hədiyyə etmək istəyənlərdən xahiş olunur ki, geyim və ayaqqabı gətirərkən onların səliqəli və təmiz olmalarına diqqət etsinlər.

Qeyd edək ki, daha öncə Şüvəlanda da eyniadlı xeyriyyə layihəsi həyata keçirilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.