İDDİA: Britaniyanın baş nazirini "eBay"da satmaq istədilər
Day.Az представляет новость на азербайджанском языке
Böyük Britaniyanın baş naziri Devid Kemeronu "eBay"da satmaq istəyiblər.
Day.Az lent.az-a istinadən bildirir ki, artıq elan onlayn hərrac saytında mövcud deyil. Buna baxmayaraq, elanın "skrinşot"u "İmgur" portalında saxlanılıb.
Lota əsasən, satışa "istifa olunmuş baş nazir" çıxarılıb və artıq ona heç bir ehtiyac yoxdur. "Məhsul"a qutu və təlimat əlavə edilməyib. "Məhsulu alıcı gəlib götürməlidir. Satıcı məhsula əl vurmağa hazır deyil", - deyə elanın mətnində deyilir.
"Skrinşot" yaradılana qədər Kemerona görə 65,9 funt-sterlinq təqdim edilirdi. Hərracların sonuna qədər isə beş gün qalırdı.
Bir qədər əvvəl isə Misir prezidenti Abdel Fəttah əl-Sisi də "eBay"da satışa çıxarılıb. Həmçinin ABŞ-dan olan rəssam qadın "eBay"da nəticəsiz olaraq ABŞ-ın Respublikaçılar Partiyasından olan prezidentliyə namizədi Donald Trampın çılpaq şəkilini satmağa çalışıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре