Türkiyəyə sığınan iranlı mayor: "Ailəmə toxunsanız, İsrailə gedib İranı bombalayacağam" - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Türkiyəyə qaçan iranlı pilot İran dövlətinin ailəsinə toxunacağı təqdirdə, İsrailə sığınacağını bildirib.
APA TV-nin Türkiyə mənbələrinə istinadən xəbərinə görə, İran Hərbi Hava Qüvvələrində 19 il helikopter pilotu olan mayor Əhməd Reza Xosrovi rejimin təzyiqlərindən bezərək istefa etmək istəyib. Dəfələrlə ordudan ayrılmaq tələbi rədd olunan pilot sonda 2015-ci ilin martında Türkiyəyə qaçıb.
Sərhədi keçdikdən sonra İran ordusunun hərbçisi olduğu bilinən mayoru türk polisi mühafizə altına alıb. O, BMT-yə müraciət edib və Türkiyədə yaşamaq haqqı əldə edib.
İranda onun oğlu və həyat yoldaşına təzyiqlər başlanıb. Bunun nəticəsi olmayanda isə kəşfiyyat işə düşüb. İran kəşfiyyatının agentləri olan Abdolsalam Tatari ve Mohammad Mohammadian Delahzi onu əməliyyatla Tehrana aparmaq üçün Türkiyəyə gəliblər. Ancaq Türkiyə polisi həmin şəxsləri yaxalayıb və Van İkinci Ağır Cinayətlər Məhkəməsi onlara 6 il 8 ay həbs hökmü çıxarıb.
İranlı mayor Xosrovi məhkəmənin qərarından sonra İsrailin "Times of İsrail" xəbər saytına danışıb. Hərbçi ona qarşı təhlükənin və ailəsinə təzyiqlərin davam edəcəyi təqdirdə, İsrailə sığınacaq. Xosrovi bildirib ki, İsrailə sığındıqdan sonra İran rejiminə ağır zərbələr vurmaq üçün əlindən gələni edəcək və bunun üçün silaha da əl ata bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре