Azərbaycanda yol nişanları güllələndi

Day.Az представляет новость на азербайджанском языке.

Quba-Xınalıq yolunda yol nişanları güllələnib.

Milli.Az "Report"a istinadən bildirir ki,5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanovun dediyinə görə, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru Azad Əsədov "Report"a açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.