Məhərrəm ayında kəbin kəsdirmək olarmı?

Day.Az представляет новость на азербайджанском языке

İmkan daxilində bu işi məhərrəmlikdən əvvələ salmaq və ya sonraya keçirmək daha yaxşıdır. Çünki kəbin insan həyatında sevincli, şad bir gündür. İnsan kəbin kəsdirərkən ürəyində sevinir. Hətta bu məqsədlə yaxınları onu təbrik edirlər, bəzən kiçik miqyasda olsa da ziyafət və ya şirni süfrəsi açılır. Bunlar isə matəm və hüznə uyğun olmayan hallardır. Amma son dərəcə zərurət hallarında eybi olmaz inşaAllah.

Day.Az islam.az-a istinadən bildirir ki, məsələn, ailə qurmuş adamların kəbin kəsdirmək yadından çıxıbsa, bunu xatırladıqları və ya öyrəndikləri vaxt, məhərrəm olmasına baxmayaraq, təcili surətdə kəbin kəsdirmələri lazımdır. Və ya kişi ilə qadın arasında məhrəmlik yaratmaq üçün təcili olaraq kəbin kəsdirmək lazımdırsa, bunu da məhərrəm ayında etməyin maneçiliyi yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.