Məşhur serialın davamı çəkilir

Day.Az представляет новость на азербайджанском языке
"How I Met Your Mother" ("Sizin ananızla necə tanış oldum?") serialının davamı çəkiləcək.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyanın iki ən məşhur komediya serialından biri olan "How I Met Your Mother" 2014-cü ildə bitmişdi.
Atanın uşaqlara onların anası ilə necə tanış olduğunu danışdığı serialın baş rollarında Coş Radnor, Ceyson Segel, Kobie Smulders, Nil Patrik Harris və Aiyson Hanniqan çəkilmişdi.
Ekran işinin davamı isə hadisələrə əks tərəfdən baxış kimi nəzərdə tutulub. "How I Met Your Dad" ("Sizin atanızla necə tanış oldum?") adlanan ekran işi artıq təsdiqlənib. Baş rollarda Endryu Santino, Dryu Tarver, Tiva Sirkar, Nik D.Aqosto və Meq Rayanın çəkiləcəyi gözlənilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре