Salyanda maşınla vurulan piyada ölüb

14 января 2017 07:51

Day.Az представляет новость на азербайджанском языке

Salyanda avtomobilin vurduğu 65 yaşlı qadın xəstəxanada ölüb.

APA-nın Mil-Muğan  bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Salyan rayon sakini, 1946-cı il təvəllüdlü  Fəxrəddin Əsgərov idarə etdiyi VAZ 2107 markalı avtomobillə yolu keçən 1952-ci il təvəllüdlü Ağamalıyeva Asiya İbrahim qızını vurub. Ağır bədən xəsarətləri alan qadın sürücü tərəfindən Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq yaralı aldığı bədən xəsarətlərindən səhər saatlarında xəstəxanada ölüb.

Faktla bağlı Salyan polis şöbəsi tərəfindən araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.