Zabratdakı partlayışla bağlı RƏSMİ AÇIQLAMA - 5 nəfər xəstəxanaya aparılıb

Day.Az представляет новость на азербайджанском языке

FHN Zabratdakı partlayışla bağlı məlumat yayıb.

Day.Az bildirilir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan tikilidə məişət qaz balonundan qaz sızması nəticəsində partlayışla nəticələnən yanğın hadisəsi baş verib. Hadisə zamanı 15 m² olan mətbəx və hamam otağının yanar konstruksiyaları yanıb.

Partlayış nəticəsində 5 nəfər xəsarət alan Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimləri tərəfindən xəstəxanaya aparılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.