Azərbaycanda məhsuldarlığı artıran

Azərbaycanda bir ilk. Alimlər bitkilərin məhsuldarlığını artıran yeni maddələr yaradıblar.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış yeni boy maddələr Elmi tədqiqat institutunun Abşeron təcrübə stansiyasında sınaqlardan uğurla keçib.

Maddəni yaradan İnstitutun şöbə müdiri Cəlal Məmmədov deyir ki, bu maddələrdən istifadə nəticəsində bütün növ bitkilərdən yüksək məhsuldarlıq əldə etmək olur. Hazırda boy maddələri pambıqda və meyvə tinglərinin nar, tut, alça, alma, üzüm, badam, zeytunun yetişməsində uğurla sınaqdan keçib. Məsələn boy maddəsinin 20 qramı 400 litr suda həll edilir və 180 kq pambıq çiyidi 24 saat bu məhlulda saxlanıldıqdan sonra sahəyə səpilir. Nəticədə faktiki olaraq 100%-li bitiş əldə olunur. Bitki sürətlə böyüyür, bir kolda qozaların sayı bir neçə dəfə çox olur.

 

Maddələr suya qatıldıqdan sonra tinglər suyun içərisində ən çoxu 24 saat saxlanılır. Cəlal Məmmədov deyir ki, bu maddədən istifədə etdikdən sonra əldə olunan məhsul insan sağlamlığına heç bir mənfi göstərmir. Gələcəkdə bu maddənin həm yerli, həm də xarici bazarlarda satışı üçün kütləvi istehsalı planalaşdırlır.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda məhsuldarlığı artıran YENİ MADDƏ YARADILDI