Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər

Day.Az представляет новость на азербайджанском языке

Ötən il iyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələrlə bağlı başladılan cinayət işi nəticəsində həbs edilən 10 siyasi məhbusun yaxınları, bu gün yenidən ölkənin Baş prokurorluğu qarşısında etiraz aksiyasına başlayıblar.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, onlar qanunsuz olaraq həbs edilən siyasi məhbusların azad edilməsini tələb ediblər. 

Siyasi fikirlərinə görə polis tərəfindən zorakılıqla həbs edilən Eduard Zeytunyanın həyat yoldaşı qeyd edib ki, bu gün onlar iş bitənə qədər qalacaqlar və gündəlik oturaq aksiyası təşkil etməklə diqqətlərini həbs edilən yaxınlarının üzərinə çəkəcəklər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.