Selfi çəkmək istəyəndə həlak oldular

Day.Az представляет новость на азербайджанском языке

Meksikada qəribə hadisə baş verib.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, selfi çəkən iki qızı təyyarə vurub. Nəticədə qızlar həlak olub.

Hadisə Meksikanın Çihuahua əyalətində baş verib. Kiçik təyyarələr üçün nəzərdə tutulmuş eniş zolağının yanında selfi çəkən iki qızı təyyarə vurub. Qəza nəticəsində qızlar həlak olublar. 

 

18 yaşlı Nitzia Mendoza Korral və 17 yaşlı Klarissa Morkeç Mirandanın selfi istəyi ölümlə nəticələnib. Hadisə şahidlərinin bildirdiyinə görə, qızlar ətrafdakıların etirazına qulaq asmayaraq uzun müddət uçuş zolağına çox yaxın bir ərazidə selfi çəkməyə davam ediblər. Enişə yaxınlaşan təyyarə isə qızları vurub. Nəticədə gənclər həlak olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.