Bakı metrosunda ölümcül hala düşən şəxsin ADI AÇIQLANDI - KOMADAN AYILDI - YENİLƏNİB - FOTO

20 апреля 2017 15:05

Day.Az представляет новость на азербайджанском языке

---------
15:05

Ötən gecə Bakı Metropoliteninin "Nizami" stansiyasında relslərin üzərinə yıxılaraq ağır xəsarət alan şəxsin kimliyi müəyyənləşib.

Day.Az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, saat 22:45 radələrində sərxoş vəziyyətdə relslərin üzərinə yıxılan və koma halında 1 saylı şəhər klinik xəstəxanasına yerləşdirilən şəxsin Bakı şəhər Yasamal rayon Ə.Quliyev küçəsində qeydiyyatda olan 1985-ci il təvəllüdlü İmanov Fərid İdris oğlu olduğu müəyyən edilib. Baş nahiyəsindən ağır zədə alan 32 yaşlı F.İmanov həkimlərin səyi nəticəsində komadan ayılıb. Lakin onu dindirmək hələlik mümkün deyil.

Artıq polis hadisə ilə bağlı videogörüntüləri araşdırıb. Buradan məlum olub ki, F.İmanov ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb.

---------
10:56

Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

Xəsarət alan kişi hazırda komadadır.

Day.Az xəbər verir ki, bu barədə report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.