"Onu diri-diri basdırdılar" - Aktyorun vida mərasimində İNANILMAZ AÇIQLAMA - FOTOLAR

21 апреля 2017 17:06

Day.Az представляет новость на азербайджанском языке

Müalicə aldığı xəstəxanada ötən gün 72 yaşında dünyasını dəyişən teatr və kino aktyoru Bülent Kayabaş üçün İstanbulda vida mərasimi təşkil edilib. 

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, mərasimdə iştirak edən aktyor Ali Poyrazoğlu mərhum haqqında maraqlı açıqlamaları ilə diqqət çəkib.

O, qalın bağırsaq xərçəngindən dünyasını dəyişən 38 illik dostu Bülent Kayabaşın xəstəlik müddətində yaşadıqlarını izah edərkən göz yaşlarını saxlaya bilməyib.

Bülent Kayabaşın çox fədakar, səmimi bir insan olduğunu söyləyən Ali Poyrazoğlu: "İntizamlı bir sənətçi idi. Xəstələndiyi zaman ilk mənə xəbər verdi. Həkimdən çıxanda zəng etdi, məni xəstəxananın önünə çağırdı. Getdim, xərçəng olduğunu söylədi. Xəstəliyinə birlikdə meydan oxuyacağımızı söylədim. Bu çətin bir şeydir. Meydan oxumaq lazımdır. Tamaşaçılar üzülməsin deyə xəstəliyini gizli saxlamağa qərar verdi. Beş ildir ağır müalicə altında yaşayırdı. Son zamanlarda da sanki ölmədən basdırılması, insanların görməməzlikdən gəlməsi ağır idi. Heç axtarılmırdı, xatırlanmırdı, heç bir iş təklifi edilmirdi, hələ ölmədən ölmüş kimi onunla davranışlarla qarşılaşınca, çox üzülürdü. Yaşayarkən vəfasızlıq, unutqanlıqla qarşılaşdığını gördük", - deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.