Avtomobil 60 yaşlı qadını vurub

Biləsuvarda piyadanın vurulması ilə nəticələnən qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nizami küçəsində qeydə alınıb.

 

Rayonun Bağbanlar kənd sakini, 1957-ci il təvəllüdlü Əzizə Ağahüseyn qızı Əliyeva yolu keçmək istəyərkən onu maşın vurub. Yaralı dərhal Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.