"Arsenal"ın futbolçusu da evləndi - FOTO

Day.Az представляет новость на азербайджанском языке

"Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşir də ailə həyatı qurub.

Day.Az goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu Toskanada toy mərasimi təşkil edib. Britaniyalı ulduz Kreyq Devidin iştirak etdiyi toy 3 gün olub.

Uilşirin ailə qurduğu qadın Andriani Maykl onun bərbərinin qızıdır. Futbolçunun keçmiş rəfiqəsi Loren Nildən 2 övladı var. Uilşir ötən mövsümü icarə əsasında "Bournemouth"un şərəfini qoruyub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.