İran Azərbaycanda özəl tibbi mərkəzi yaradır

Day.Az представляет новость на азербайджанском языке

Hazırda iranlı mütəxəssislər Azərbaycanda özəl tibbi mərkəzi yaradır. Azərbaycan vətəndaşları bu tibb mərkəzində İranda göstərilən bütün tibbi xidmətlərdən istifadə edə biləcəklər.

Day.Az xəbər verir ki, bunu APA-ya İran parlamentinin İqtisadiyyat komissiyasının sədri Məhəmmədrza Puribrahimi Davərani deyib.

 

M.Puribrahimi Davərani  bildirib ki, mövcud şəraitdə Azərbaycan və İran arasında tibb sahəsində əməkdaşlıq üçün geniş  potensial var: "Ümid edirəm bu  sahədə əməkdaşlıq inkişaf etdiriləcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.