Liderliyi qoruyub saxlayan AGBank

Xatırladaq ki, 2005-ci il ipoteka kreditləşdirilməsi sektoru üçün uğurlu bir başlanğıc idi. Məhz bu ildə, 15 aprel tarixində "İpoteka haqqında" qanun qəbul edilir. Sonra isə uzunmüddətli ipoteka mexanizmlərini yaratmaq, yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Milli Bankı nəzdində (indiki Mərkəzi Bank) Azərbaycan İpoteka Fondu (AİF) yaradılır.

Nail olunan göstəricilər bu gün bizə haqq verir ki, bu sektorun nə qədər sürətli inkişaf etdiyini əminliklə söyləyə bilək. İlkin etapda 2006-ci ildə 245 şəxs mənzil ilə təmin olunmuşdusa, 2015-ci ilin ikinci rübündə qeydə alınan statistik məlumatlara əsasən bu rəqəm 17079-a qədər artmışdır.

Banklar arasında rəqabət qeyd olunan sektorda da öz gücünü göstərməkdədir. Bu günə olan göstəricilərə əsasən ipoteka xətti ilə kredit rəsmiləşdirən 31 bank arasında AGBank artıq ikinci ildir ki, liderliyini qoruyub saxlayır. Böyük müştəri portfeli ilə seçilən AGBank bu uğura birdən-birə deyil, mərhələlərlə nail olub. Belə ki, 2007-ci ildən ipoteka krediti rəsmiləşdirən AGBank təqdim etdiyi kreditlər üzrə 2012-ci ildə (664 ədəd) 7-ci, 2013-cü ildə (989 ədəd) 2-ci yerə müvəffəq olmuşdusa, 2014-cü ildə 1245 ədəd ipoteka krediti ilə 1-ci yerə layiq görülmüşdür. 2015-ci ilin I-ci və II-ci rübündə 1376 ipoteka krediti rəsmiləşdirən AGBank hələ də, 1-ci yeri qoruyub saxlamaqdadır. Qeyd edək ki, 2007-ci ildən cari ilin avqust ayına qədər 1595 şəxs AGBankın ipoteka krediti ilə ev sahibi olmuşdur. Onlardan 500 ədəd (31,3%) adi, 1095 ədəd (68.7%) güzəştli ipoteka krediti təşkil edir.

Ümumi statistik göstəricilər ilə aşağıdakı elektron ünvana keçərək tanış ola bilərsiniz: http://amf.az/az/view/statistic/1/aif-in-statistikasi