Zaurun verilişində qalmaqal - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Dünən "Azad Azərbaycan" Telekanalında aparıcı Zaur Baxşəliyevin təqdimatında efirə gedən "Öz aramızda" verilişində xoşağəlməz olay yaşanıb.

Qafqazinfo.az xəbər verir ki, proqrama ekspert kimi dəvət olunan İçərişəhər Cümə Məscidinin axundu hacı Surxay aparıcıya kəskin şəkildə irad bildirib. Daha çox insanların sosial problemlərindən bəhs edən bu verilişin dünənki efirinin şou xarakterli olması eksperti özündən çıxarıb.

Canlı yayımda aparıcıya iradını bildirən hacı Surxay reklam arasında efiri tərk edib. Qeyd edək ki, aşıq Tellinin də qonaq olduğu proqram başlayandan Zaurun onunla dialoqları tamaşaçılarla yanaşı digər ekspertlərin etirazına səbəb olub.

"Öz aramızda"nın sponsoru olan məşhur xəz firmasından Tellinin "şuba yalvarışı" zalda oturanlarda qıcıq yaradıb. Verilişin sosial şəbəkələrdəki səhifələrinə yazılan statuslarda da problemləri olan insanların yanında günü toylarda keçən aşıq Telliyə xəz hədiyyə olunması birmənalı qarşılanmayıb.

Videonu izləmək üçün şəklə klikləyin:



фото