https://news.day.az/showbiz/560394.html
Xalq artisti: "O andıra qalmış reytinqə görə..."
Day.Az представляет новость на азербайджанском языке
Faiq Ağayev Ağaxan Abdullayevin ölüm xəbərini yayan saytları sərt tənqid edib.
Xalq artisti Faiq Ağayev xanəndə Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə dezinformasiya yayan saytları sərt şəkildə tənqid edib.
Anspress-in məlumata görə, ifaçı yalan məlumat yayan saytların reytinq üçün çalışdıqlarını vurğulayıb. "Vicdansızlar! O andıra qalmış reytinqə görə, adamı diri-diri dəfn edirlər. Allah Ağaxan müəllimin qalan ömrünü uzun, sağlam, səadət dolu etsin" - deyə xalq artisti bildirib.
Qeyd edək ki, xanəndə Ağaxan Abdullayevin dünyasını dəyişməsi barədə xəbər yayılıb. Yazılan xəbərlərdə xərçəng xəstəliyindən əziyyət çəkən ustad sənətkarın dünən axşam saatlarında vəfat etdiyi bildirilirdi. Lakin Ağaxan Abdullayevin oğlu məlumatı təkzib edib. O, bildirib ki, atası sağdır və Facebook-da atası ilə fotosunu paylaşıb.
Böyütmək üçün şəkilə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре