Şou-biznesdə barışıq: yan-yana görünəcəklər

Day.Az представляет новость на азербайджанском языке:

Meyxanaçı Ağamirzə ilə Ağakərimin arasındakı buzlar əriyib.

Köhnə dostlar barışsa da, bunu ört-basdır etməyə çalışıblar. Publika.az-a açıqlama verən Ağamirzə Ağakərimlə hələ gənclik illərindən dost olduğunu deyib: "Ağakərimlə biz 1980-ci illərdən dostluq edirik, hər ikimiz Ağasəlim Çıldağın yetirmələriyik. O vaxtdan bu yana hər yerə qoşa getmişik. Son vaxtlar efirlərdə bərabər görünməməyimiz bəzi insanlarda belə qənaət yaratdı ki, küsülüyük. Amma belə deyil, biz ayrılmaz dostlarıq. Müəyyən səbəblər üzündən efirlərə qoşa çıxmadıq. İndən belə yenə də bizi qoşa görəcəksiniz".