İrandan metadon məhlulu gətirən şəxsə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə metadon məhlulu gətirməkdə ittiham olunan Müzəffər Tağızadənin cinayət işi üzrə məhkəmə başa çatıb.
 

Day.Aza məhkəmədən verilən məlumata görə, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Müzəffər Tağızadə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 

İttihama görə, Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada yolla Azərbaycana gələn Müzəffər Tağızadənin əl yüklərinə baxış keçirilib. Baxış zamanı Müzəffər Tağızadəyə məxsus 1 ədəd sellofan torbada 3 ədəd plastmas qabda cəmi 3500 ml həcmində metadon məhlulu aşkar olunaraq götürülüb. Metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 3500 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 3,5 qram təşkil edir.