Nazirlik internat tələbəsinin döyülməsindən danışdı - VİDEO Day.Az представляет новость на азербайджанском языке

Təhsil Nazirliyi Nizami rayonu, əqli cəhətdən qüsurlu uşaqlar üçün 3 saylı xüsusi təhsil məktəbində eşitmə və nitq qüsurlu 11-ci sinif şagirdinin döyülməsilə bağlı araşdırma aparıb.

Aspress xəbər verir ki, nazirlikdən bildiriblər ki, 21 yaşlı Elnur Baxşiyev yanvarın 18-də günorta saatlarında internat məktəbindən kənarda, metronun "Qara Qarayev" stansiyasının yaxınlığında döyülüb. Araşdırma zamanı o da bəlli olub ki, Elnur internat məktəbinin keçmiş məzunu Orxan Qasımovla dalaşıb.

Mübahisəyə səbəb isə Elnurun Orxana qarşı nalayiq sözlər işlətməsi olub. Orxan Elnur Baxşiyevi vurandan sonra isə internat məktəbinə gedib. Zərərçəkənin qohumlarının idda etdiyi məktəbdə döyülmə faktı isə öz təsdiqini tapmayıb. Nazirlikdən onu da bildiriblər ki, Elnur Baxşiyev internat məktəbində gecələmir. O, yalnız məktəbə xüsusi təhsil almaq üçün gəlir.

Məlumat üçün deyək ki, eşitmə və nitq qüsurlu olan şəxsin qohumları zərərçəkənin təhsil aldığı məktəbin 2-ci mərtəbəsində döyüldüyünü iddia edirdilər. Bu işdə isə tərbiyə ocağının müəllimlərini günahlandırırdı. Hər halda döyən bəlli, məkan bəlli, qalır bu məsələyə hüquq-mühafizə orqanları tərəfindən aydınlıq gətirmək.

Videonu izləmək üçün şəklə klikləyin.

фото