45 min piyada cərimələndi

Day.Az представляет новость на азербайджанском языке:

"2015-ci ilin əvvəlindən indiyədək Bakı şəhər üzrə 45 mindən artıq piyada saxlanılaraq inzibati qaydada cərimələnib".

Bunu "Report"a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
 

O bildirib ki, piyadaların avtomobillərlə vurulması hallarının qarşısının alınması istiqaməti üzrə idarə tərəfindən lazımi tədbirlər görülür: "Bakı şəhəri üzrə qeydə alınan ümumi yol-nəqliyyat hadisələrində piyadaların vurulması halları ümumi hadisələrin 51,6 faizini təşkil edir".