Bu sürücüləri ciddi CƏZALAR gözləyir

Day.Az представляет новость на азербайджанском языке

Yol boş olsa da avtomobilini gah sağ zolaqda, gah da sol zolaqda sürür.

Demək olar ki, ölkəmizdəki bütün yollarda zolaqlar var. Bu zolaqlar avtomobillərin nizamlı hərəkəti üçün çəkilsədə bəzi sürücülər buna məhəl qoymurlar. Avtomobillərin ziqzaqvari hərəkəti isə həm qəza riskini artırır , həmdə tıxaca səbəb olur.

"Xəzər Xəbər" bildirir ki, yol boş olsa da avtomobilini gah sağ zolaqda, gah da sol zolaqda sürür. Qərarsız sürücü həm qəza şəraiti yaradır, həm də yolun digər iştirakçılarının normal hərəkətinə mane olur. Belə sürücülərə yollarda tez-tez rast gəlinir.

Ekspertlər bu halın qanunla tənzimləndiyini və bunu edən sürücülərin cərimələnəcəyini bildirir.

Qanunda o da göstərilir ki, zolağın enindən aslı olmayaraq orda yalnız bir cərgədə avtomobil yerləşidirilə bilər. Bir çox sürücü xüsusən də dönərkən bu qaydanı pozurlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.