İlon Maskın “Cybertruck”ı Bakıda tıxacda qaldı

Texnologiya dünyasının məşhur simalarından biri olan İlon Maskın yaratdığı "Cybertruck" Bakıda tıxacda görüntülənib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, unikal dizaynı və futuristik görünüşü ilə diqqət çəkən bu elektrikli avtomobil sürücülərin və piyadaların marağına səbəb oldu.

Şəhərimizin küçələrində belə müasir texnologiyaların görünməsi sosial mediada geniş yayılaraq insanlar tərəfindən bəyənilib.

Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş? - FOTO - ƏTRAFLI BURADA

Bu hadisə, "Cybertruck"ın populyarlığını daha da artıraraq Bakıda elektrikli avtomobillərin gələcəyinə dair müzakirələrə yol açıb. 

Qeyd edək ki, bu avtomobildən hələ ki Bakıda cəmi 2 ədəd var.