Gəncədə köməkçi tikilidə başlayan yanğın evə keçib

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə yanğın hadisəsi qeydə alınıb.

Day.Az Trend-ə istinadən bildirir ki, şəhərin Nizami rayonunda həyətyanı sahədə 100 m² quru ot və ümumi sahəsi 10 m² olan taxtadan ibarət yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 2 m² sahədə qarsalanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.