Yol polisi reyd keçirib: 30 sürücü, 20 piyadaya cəzalandırılıb

Day.Az представляет новость на азербайджанском языке

Mingəçevirdə qayda pozan piyada və sürücülərə qarşı reyd keçirilib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, reyd avtomobil və piyadaların sıx hərəkət etdiyi ərazilərdə reallaşdırılıb.

Yoxlamalar zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və müxtəlif qayda pozuntularına yol verən sürücülər saxlanılıb. Həmçinin, piyada keçidindən istifadə etməyən xeyli sayda sakinə də inzibati protokol yazılıb. Yoxlamalar zamanı çəkilişə mane olanlar da tapilib.

İnspektor Xətai Məmmədov deyib ki, qəzaların qarşısını almaq üçün keçirilən reydlər zamanı 80 maşın saxlanılıb, 30 sürücü, 20 piyadaya protokol tərtib olunub.

Reydlər davam etdirləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yol polisi reyd keçirib: 30 sürücü, 20 piyadaya cəzalandırılıb