Şamaxıda zəlzələ zamanı məktəb qəzalı vəziyyətə düşüb, dərslər dayandırılıb

Day.Az представляет новость на азербайджанском языке

Şamaxı rayonunda baş verən zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəb qəzalı vəziyyətə düşüb.

Day.Az-ın "Report"a istinadla verdiyi məlumata görə, iki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb, binanın 3-cü və 2-ci mərtəbəsində çatlar əmələ gəlib və qəzalı vəziyyətə düşüb. 

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib. Məktəbdə dərslər müvəqqəti olaraq dayandırılıb. Əraziyə FHN əməkdaşları və yerli icra hakimiyyətinin rəsmiləri baxış keçirib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.