Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu posta xorvatyalı mütəxəssis Nikola Yurçeviç təyin olunub.

Qeyd edək ki, Nikola Yurçeviç baş məşqçi fəaliyyətinə 2002-ci ildə ölkəsinin "Dinamo" (Zaqreb) komandasında başlayıb. O, 2005-ci ildə isə Avstriyanın "Austriya" və Xorvatiyanın "Slaven Belupo" kollektivlərinə rəhbərlik edib. Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan mütəxəssis Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv", Türkiyənin "Beşiktaş" və İngiltərənin "Vest Hem" komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib. N.Yurçeviç son olaraq 2018-ci ildə Zaqreb "Dinamo"sunun baş məşqçisi olub. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.