SON DƏQİQƏ: Dəhşətli hadisə - 37 yaralı

Kanadadan Avstraliyaya uçan "Air Canada"  hava yollarına məxsus sərnişin təyyarəsi Sakit okeanı üzərində şiddətli hava boşluğuna düşüb.

Day.Az Redaktor.az-a istinadla xəbər verir ki, nəticədə 37 sərnişin xəsarət alıb. Onlardan 9-nun vəziyyəti ağırdır. Hadisə zamanı göyərtədə 269 sərnişin və 15 heyət üzvü olub. Pilotlar təhlükəli vəziyyətlə əlaqədar Havay adalarında təcili eniş etməyə qərar verib.

Sərnişinlərə ilk tibbi yardım göstərilib. Vəziyyəti ağır olan şəxslərin müalicəsi davam etdirilir. Digər sərnişinlər isə başqa təyyarə ilə Avstraliyaya uçub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.