SON DƏQİQƏ! Türkiyə Ordusuna hücum oldu: Cavab çox sərt verildi

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı mövqelərinə müdaxiləyə cəhd göstərən 5 terrorçu zərərsizləşdirilib.

Oxu24 xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilib ki, terrorçular "Sülh Çeşməsi" bölgəsindəki sabitlik və təhlükəsizliyi pozmağa cəhdlər ediblər:

"Müdaxilə cəhdlərinin qarşısı alınıb, əks-cavab tədbirləri nəticəsində 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib. "Sülh Çeşməsi" bölgəsinə hücumların baş tutmasına icazə vermədik".