https://news.day.az/azerinews/1383102.html
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib
ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib. Day.Az Trend-ə istinadən bildirir ki, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.
ABŞ dövlət katibinin müavini Azərbaycana təşəkkür edib

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycana təşəkkür edib.
Day.Az Trend-ə istinadən bildirir ki, V.Nuland tvitterdəki hesabında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşə şad olduğunu yazıb.
Dövlət katibinin müavini ABŞ-ın Əfqanıstandan təxliyə səylərinin reallaşmasının Azərbaycan tərəfindən dəstəklənməsinə görə ölkəmizə təşəkkürünü bildirib.
Qeyd edək ki, sentyabrın 21-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində V. Nuland və C.Bayramov arasında görüş keçirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре