"ASAN xidmət" Türkiyədə

Türkiyənin rəsmi dəvəti ilə "ASAN xidmət" Türkiyədə təmsil olunur.

Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O qeyd edib ki, eyni zamanda, bu fürsəti dəyərləndirərək burada yaşayan azərbaycanlılara səyyar xidmət mərkəzi ilə dövlət xidmətləri çatdırırıq.

"İlk dəfədir Azərbaycandan kənarda azərbaycanlılara xidmət edirik. Buradan qazandığımız təcrübəylə daha sonra da ölkə xaricindəki azərbaycanlılara xidmət göstərəcəyik. Festivalın ilk günü səyyar mərkəzə artıq 100-ə yaxın müraciət edilib və bu mərkəz festivalın sonuna qədər davam edəcək", - deyə sədr əlavə edib.