ABŞ Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə olunmasını dəstəkləyir - Baş müşavir

ABŞ Azərbaycanla Ermənistan arasında tezliklə sülhün əldə olunmasını dəstəkləyir.
Day.Az xəbər verir ki, bu barədə Bakı şəhərində səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono jurnalistlərə deyib.
"Mənim ölkəmin məqsədi Ermənistan və Azərbaycan xalqının sülh şəraitində birgə yaşaya bilməsi üçün ağrı-acılara son qoymaqdır. Sülhü və tərəqqini təmin etmək vacibdir. Qarşıdurmaya son qoyulmalıdır. Bizim rolumuz əsasən bu prosesə yardım etməkdən ibarətdir. Hər şeydən önəmlisi razılaşma əldə etmək və formul irəli sürməkdir. Sülh sazişinin davamlı və möhkəm olması üçün, o, tərəflərdən irəli gəlməlidir, ABŞ-dən və ya digərindən deyil", - o deyib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре