Avropa çempionatı: halqa və topla hərəkətlərdə finalçılar müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatının ikinci yarış günündə fərdi proqramda çıxış edən gimnastlar arasında finalçılar müəyyənləşib.

Day.Az xəbər verir ki, finalçılar halqa və topla hərəklər üzrə proqramında müəyyən edilib.

Viktoriya Onoprienko (Ukrayna, 33,650 xal), Boryana Kaleyn (Bolqarıstan, 33,450 xal), Stilyana Nikolova (Bolqarıstan, 32,850 xal), Fanni Piqnitski (Macarıstan, 32,250 xal), Adi Asya Kats (İsrail, 32 xal), Zöhrə Ağamirova (Azərbaycan, 32,150 xal), Polina Berezina (İspaniya, 31,950 xal) və Sofiya Raffaeli (İtaliya, 31,900 xal) halqa ilə hərəkətlər üzrə finala yüksəliblər.

Topla hərəkətlər üzrə finala Stilyana Nikolova (Bolqarıstan, 34,600 xal), Daria Varfolomeyev (Almaniya, 33,650 xal), Boryana Kalein (Bolqarıstan, 33,250 xal), Sofiya Raffaeli (İtaliya, 33,000 xal), Zöhrəqai (A35) bal) ), Fanni Piqnitski (Macarıstan, 31,700 bal), Panagiota Litra (Yunanıstan, 31,600 bal) və Viktoriya Onoprienko (Ukrayna, 31,200 bal) yüksəliblər.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.