Kılıçdaroğlunun Azərbaycana üzr borcu var

"Millət İttifaqı"nın prezident seçkilərində namizədi, CHP sədri Kamal Kılıçdaroğlunun Azərbaycana üzr borcu var.

Day.Az-ın məlumatına görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, səbəb, K.Kılıçdaroğlunun ortaya çıxardığı layihələrdə Azərbaycanı xaric etməsidir.

"Turzimçimizi, təsərrüftaçımızı, insanımızı narahat edən açıqlamalar yayıb", - deyə M.Çavuşoğlu əlavə edib.