İmişlidə evdə yanğın olub

İmişli rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, rayonun Qaragüvəndikli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.