Türkiyədə dəhşətli zəlzələ gözlənilir

Türkiyədə zəlzələ ilə bağlı anonslar verilməyə davam edir. 

Day.Az Yenisabah.az-a istinadən xəbər verir ki, Prof. Dr. Ahmet Ercan Türkiyənin zəlzələ riski ilə bağlı növbəti dəfə açıqlama verib. Qeyd edib ki, ölkənin bir sıra ərazilərində 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir. 

"Hər zəlzələ yeni bir enerji, bir geotermal doğuşdur" deyən professor riskli ərazilərin adının bir-bir sadalayıb. Ahmet Ercan Afyon, Germencik, Nazilli, Aydın, Dənizli, Buharkent, Salihli, Bursa, Balıkəsir, Simav, Dikili, Gümüldür, Ərzincan, Ərzurum, Ladik və Bolu şəhərlərinin adını deyərək, bu bölgələrə diqqət çəkib.