Təzə Pir məscidində bayram namazı qılındı

Bakıda Təzə Pir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Trend xəbər verir ki, Azərbaycanda Qurban bayramı iyunun 28-i və 29-u qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2024-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na - Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edir.

Nazirlər Kabinetinin "2024-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" 9 dekabr 2023-cü il tarixli qərarına əsasən, bu il iyunun 16, 17-si Qurban bayramı günləri müəyyən edilib.

Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.