Özünüzə bu çayı dəmləyin
İtburnu çayı güclü antioksidant xüsusiyyətlərə malikdir və orqanizmin immun sistemini gücləndirir.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, itburnu çayı xüsusilə soyuqdəymə və qrip kimi xəstəliklərin müalicəsində istifadə edilən C vitamini ilə zəngin bitki çayıdır. Bu çay immunitet sistemini gücləndirməyə və bədəni xəstəliklərdən qorumağa kömək edir.
İtburnu çayında ürək sağlamlığını dəstəkləyən maddələr var. Bunlar qan təzyiqi və xolesterol səviyyələrini tənzimləməyə yardımçı olur. Qan təzyiqini tənzimləməyə kömək edən təsirə malikdir, eləcə də yüksək qan təzyiqi riskini azaldır.
Tərkibində dəri sağlamlığını dəstəkləyən antioksidanlar var. Tərkibindəki yüksək C vitamini sayəsində dəri sağlamlığını yaxşılaşdırır. Bundan başqa, dərini nəmləndirə, dəridəki ləkələri azalda, kollagen istehsalını artıra və dərinin gənc və parlaq görünməsinə töhfə verə bilər.
Tərkibindəki K vitamini sayəsində qanın laxtalanmasına kömək edir. Dəmir çatışmazlığından qaynaqlanan anemiyanın qarşısını alır.
İtburnu çayı yüksək miqdarda xüsusilə qışda qrip və soyuqdəymə kimi xəstəliklərin qarşısının alınmasında çox təsirlidir.
İtburnu çayı bədəni C vitamini, kalsium və fosfor kimi vacib minerallarla təmin edərək sümük sağlamlığını dəstəkləyə bilir.
Həmçinin sağlam hüceyrələri xərçəng hüceyrələrinə çevirərək zərər verə bilən sərbəst radikallara qarşı güclü qoruyucu olan itburnu çayı, tərkibindəki güclü antioksidantlarla xərçəng hüceyrələrinin böyüməsini və inkişafını da əngəlləyir.
Tərkibindəki lif sayəsində itburnu çayı həzm sistemini dəstəkləyə və qəbizliyin qarşısını ala bilər.
Bundan başqa, itburnu çayı ümumiyyətlə aşağı kalorili içkidir. Buna görə də, kalori qəbuluna diqqət edənlər üçün yaxşı bir seçim ola bilər.
İtburnu çayı faydalı içki olsa da, ideal istehlakı gündə ən çoxu 2 stəkandır. Yeməkdən 30 dəqiqə sonra içmək lazımdır. İtburnu çayının zəngin vitamin və minerallarından tam faydalanmaq üçün onu hazırladıqdan sonra 5 dəqiqə ərzində istehlak edin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре