Gəlin maşınının kapotunun üstünə çıxdı

Türkiyədə baş verən hadisə qardaş ölkənin sosial mediasında yayılıb 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Adana şəhərində yaşanan olayda gəlin maşınının kapotuna çıxan dilənçi möhkəm döyülüb.

Sözügedən insident Yüreğir qəsəbəsində baş verib.

Belə ki, dilənçi yolda gördüyü gəlin maşınının kapotuna çıxıb və aşağı enməsi üçün pul istəyib.

İstədiyinə nail ola bilməyən dilənçinin israrı onun başına bəla olub. Bundan əsəbiləşən bəy dostları ilə birgə onu "o dünyalıq" ediblər.

Həmin görüntünü təqdim edirik: