COP for Hope: COP29-da böyük uğur qazanmaq üçün çoxlu imkanlar var - Yeni Zelandiyalı nazir
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Yeni Zelandiyanın İqlim dəyişikliyi naziri Simon Votdur.
Day.Az xəbər verir ki, o, Trend-ə açıqlamasında bildirib ki, COP29-da böyük uğur qazanmaq üçün çoxlu imkanlar var.
Nazir, COP29-un bitməsinə çox az bir müddətin qaldığını və ölkələrin burada əhəmiyyətli nəticələr əldə etməsinə böyük gözləntilərin olduğunu bildirib:
"Düşünürəm ki, COP29-da böyük uğur qazanmaq üçün çoxlu imkanlar var. Artıq bu COP-un bitməsinə 2 gün qalıb. Bir çox ölkələrdən burada nəticələr əldə etmək istədikləri ilə bağlı real aydın konsensus var. Bu, həqiqətən, vacib olan iqlim dəyişikliyinin dünyanın bir çox ölkəsinə böyük təsir göstərməsi il bağlıdır. Ölkələrin burada nəticə çıxaracağına böyük gözləntilər var".
"Mən 6-cı maddə üzrə plana uyğun gedən danışıqların bir hissəsi kimi öz rolumu oynayıram, lakin qarşıda hələ bir az vaxt var. Buna görə də danışıqlarda müsbət nəticələrə doğru irəliləməyi səbirsizliklə gözləyirəm. Azərbaycanın isə bu COP-a ev sahibliyi etməsi ilə böyük iş gördüyünü etiraf etməliyəm. Bura olduqca gözəl bir yerdir", - deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре